Yens Stoltenberq - Putin Rusiyanın Gürcüstana, Moldovaya və ya Ukraynaya qarşı törətdiyi kimi NATO-ya üzv dövlətlərə qarşı belə addımlar atmaq barədə düşünsə, NATO dərhal müdaxilə edəcək
Yens Stoltenberq - Putin Rusiyanın Gürcüstana, Moldovaya və ya Ukraynaya qarşı törətdiyi kimi NATO-ya üzv dövlətlərə qarşı belə addımlar atmaq barədə düşünsə, NATO dərhal müdaxilə edəcək

 
Prezident Putin Rusiyanın Gürcüstana, Moldovaya və ya Ukraynaya qarşı törətdiyi kimi NATO-ya üzv dövlətlərə qarşı belə addımlar atmaq barədə düşünsə, NATO dərhal müdaxilə edəcək-bu barədə
NATO-nun baş katibi Yens Stoltenberq Norveçin Utoya adasına səfəri zamanı açıqlayıb.

Stoltenberq Ukraynada davam edən döyüşləri İkinci Dünya Müharibəsindən sonra Avropa üçün ən təhlükəli məqam adlandırıb.

“Prezident Putin Rusiyanın Gürcüstana, Moldovaya və ya Ukraynaya qarşı törətdiyi kimi NATO-ya üzv dövlətlərə qarşı belə addımlar atmaq barədə düşünsə, NATO dərhal müdaxilə edəcək” – deyə Stoltenberq bildirib.

Onun sözlərinə görə, Ukraynada baş verənlər dəhşətlidir, lakin Rusiya ilə NATO arasında müharibə başlasaydı, bu qat-qat pis olardı.

“Putinin aqressiv siyasətinin uğurlu olmaması bizim maraqlarımıza uyğundur” – deyə Stoltenberq bildirib.