Yens Stoltenberq - NATO sammitinin əsas mesajı Rusiyanın müdaxiləsinə qarşı həssas olan Gürcüstana və digər müttəfiqlərə dəstək olacaq
Ukraynada, alyansın dəyərli və çoxillik tərəfdaş ölkəsinə müdaxilədən çıxardığımız dərs, yardımın vaxtında göstərilməsinin əhəmiyyətidir. NATO 2014-cü ildən sonra Ukraynaya müxtəlif yollarla kömək edirdi, lakin biz Rusiya tərəfindən daxili siyasi işlərə müdaxilə təhlükəsi qarşısında həssas olan digər tərəfdaşlar üçün də daha çox iş görməliyik-bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Gürcüstana dəstək məsələsi haqqında danışarkən bildirib.
Stoltenberqin sözlərinə görə, NATO-nun planlaşdırılan sammitində Rusiyanın müdaxiləsi riski altında olan tərəfdaşlara siyasi və praktiki dəstəyin artırılması ilə bağlı razılıq əldə olunmasına dair gözləntisi var.
Yens Stoltenberq NATO-nun gələcək sammitinin əsas mesajının Gürcüstan və digər müttəfiqlərə dəstəyin olacağını bildirir.
“Gürcüstanı dəstəkləməyə gəlincə, Ukraynada, alyansın dəyərli və çoxillik tərəfdaş ölkəsinə müdaxilədən çıxardığımız dərs, yardımın vaxtında göstərilməsinin əhəmiyyətidir. Vaxtında göstərilən dəstək gecikmiş dəstəkdən daha yaxşıdır. NATO 2014-cü ildən sonra Ukraynaya müxtəlif yollarla kömək edirdi, lakin biz Rusiya tərəfindən daxili siyasi işlərə müdaxilə təhlükəsi qarşısında həssas olan digər tərəfdaşlar üçün də daha çox iş görməliyik. Bu sammitdə Rusiyanın müdaxiləsi riski altında olan tərəfdaşlara siyasi və praktiki dəstəyin artırılmasına dair razılaşacağımızı gözləyirəm.
Biz onlara öz qabiliyyətlərini və dözümlülüyü təkmilləşdirməyə kömək edəcəyik. Gürcüstan üçün biz mühüm NATO-Gürcüstan paketi çərçivəsində təhlükəsiz kommunikasiyalar, vəziyyətin təhlili və kibertəhlükəsizlik kimi sahələrdə əməkdaşlığı inkişaf etdirə bilərik. Həmçinin, bizim Tbilisi yaxınlığında NATO-nun təlim mərkəzi də var. Biz bu istiqamətdə daha çox iş görə bilərik, Gürcüstana kiber imkanlarını inkişaf etdirməyə və NATO-nun Gürcüstandakı Əlaqələndirici Ofisinə daha çox işçi ayırmağa kömək edə bilərik. Belə ki, bu sammitin əsas mesajı Rusiyanın müdaxiləsinə qarşı həssas olan Gürcüstana və digər müttəfiqlərə dəstək olacaq”- deyə Yens Stoltenberq bildirib.