Yens Stoltenberq - NATO-nun Sammitində Gürcüstan da daxil olmaqla tərəfdaşlar üçün yeni dəstək paketləri qəbul edəcəyik
NATO-nun baş katibi Yens Stoltenberqin sözlərinə görə, NATO-nun sammitində tərəfdaş ölkələr üçün yeni dəstək paketləri qəbul edəcəklər.
Onun sözlərinə görə, Gürcüstan, Bosniya və Herseqovina, Moldova, həmçinin Mavritaniya və Tunis üçün paketlər qəbul ediləcək.
“Madriddə keçiriləcək NATO sammitində Gürcüstan və Avropa İttifaqı da iştirak edəcək. Biz tərəfdaşlar – Gürcüstan, Bosniya və Herseqovina və Moldova Respublikası, həmçinin Mavritaniya və Tunis üçün yeni dəstək paketləri qəbul edəcəyik” – deyə Yens Stoltenberq bildirib.
Məlumat üçün bildirək ki, iyunun 28-30-da İspaniyanın Madrid şəhərində NATO-nun sammiti keçiriləcək və sammitdə baş nazir İrakli Ğaribaşvilinin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyəti də iştirak edəcək.