Yens Stoltenberq - NATO Gürcüstan, Bosniya və Herseqovina üçün fərdi dəstəyi aktivləşdirməlidir
Yens Stoltenberq - NATO Gürcüstan, Bosniya və Herseqovina üçün fərdi dəstəyi aktivləşdirməlidir

 
NATO Gürcüstan, Bosniya və Herseqovina üçün fərdi dəstəyi aktivləşdirməlidir-bu barədə NATO-nun baş katibi Yens Stoltenberq NATO-nun fövqəladə sammitindən əvvəl keçirilən brifinqdə bildirib.

“Həmçinin ümid edirəm biz Rusiyanın təzyiqi riski altında olan digər tərəfdaşlara fərdi dəstəyi gücləndirməyə dair razılaşacağıq. O cümlədən Gürcüstan və Bosniya-Herseqovina üçün. Avropa İttifaqı ilə əməkdaşlıqla, biz onlara öz suverenliklərini və müstəqil qərarlar qəbul etmək hüququnu qorumağa kömək etməliyik” -deyə Stoltenberq bildirib.

Onun sözlərinə görə, NATO Ukraynanı dəstəkləmək üçün hər şeyi edir.

“Lakin biz müharibənin NATO və Rusiya arasında daha da böyük itki və dağıntılara səbəb olacaq münaqişəyə çevrilməməsini təmin etməliyik” -deyə Stoltenberq bildirib.