Yens Stoltenberq - NATO qoşunlarının Ukrayna ərazisində yerləşdirilməsi planlaşdırılmır, lakin Ukraynaya kifayət qədər hərbi yardım göstərmək lazımdır
Yens Stoltenberq - NATO qoşunlarının Ukrayna ərazisində yerləşdirilməsi planlaşdırılmır, lakin Ukraynaya kifayət qədər hərbi yardım göstərmək lazımdır

 
NATO qoşunlarının Ukrayna ərazisində yerləşdirilməsi planlaşdırılmır, lakin Ukraynaya kifayət qədər hərbi yardım göstərmək lazımdır – bu haqda NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

“NATO Ukraynada qoşun yerləşdirməyi planlaşdırmır. Keçən həftə Ukraynaya səfər edəndə onlar NATO qoşunlarını yox, daha çox dəstək istədilər” – Stoltenberq qeyd edib.

NATO baş katibinin dediyi kimi, məhz ABŞ və Avropadan Ukraynaya silah tədarükü ləngidiyi üçün rus qüvvələri hücumda irəliləyişə nail ola bilib.

Stoltenberq bildirib ki, Putin Ukraynadakı müharibədə qalib gələcəyinə hələ də inanır və Rusiyanın liderini danışıqlar masası arxasında əyləşdirməyin yeganə yolu döyüş meydanında qalib gələ bilməyəcəyini sübut etməkdir və bunun üçün Ukraynaya hərbi dəstək lazımdır.