Yens Stoltenberq - NATO Dağlıq Qarabağ münaqişəsində iştirak etmir, Azərbaycan və Ermənistan NATO-nun layiqli partnyorlarıdır
Yens Stoltenberq - NATO Dağlıq Qarabağ münaqişəsində iştirak etmir, Azərbaycan və Ermənistan NATO-nun layiqli partnyorlarıdır

NATO Dağlıq Qarabağ münaqişəsində iştirak etmir, Azərbaycan və Ermənistan NATO-nun layiqli partnyorlarıdır, – bu barədə bəyanatı NATO-nun baş katibi Yens Stoltenberq, Ermənistan prezidenti Armen Sarqsiyanla görüş zamanı verdi.

Şimali-atlantika alyansının rəhbərinin dediyinə görə, o ətəşkəs razılaşmasının pozulması nəticəsində yaranan faciəli hadisələrə görə, narahatçılığını bildirir.

Stoltenberqin bəyanatına görə, NATO və beynəlxalq təhlükəsizlik üçün vacibdir ki, hərbi əməliyyatlar dayandırılsın və sülh prosesi davam etsin.

NATO-nun baş katibi qeyd etdi ki, dinc əhaliyə qarşı hərbi əməliyatların keçirilməsi qeyri-məqbuldur və dərhal dayandırılmalıdır.

Stoltenberq Azərbaycanı və Ermənistanı münaqişənin danışıqlar yolu ilə həll edilməsinə çağırdı.