Yens Stoltenberq, Mark Ruttenin onun yerinə seçilmək şansının yüksək olduğunu bildirir
Yens Stoltenberq, Mark Ruttenin onun yerinə seçilmək şansının yüksək olduğunu bildirir

 
NATO-nun baş katibi Yens Stoltenberq Niderlandın Baş naziri Mark Ruttenin onun yerinə seçilmək şansının yüksək olduğunu bildirib. Stoltenberq Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenlə birgə keçirilmiş mətbuat konfransında bu bəyanatı verib.

Bununla yanaşı, Stoltenberq bildirib ki, adəti üzrə onun yerinə seçiləcək namizədi şərh etməkdən çəkinir, çünki onu şəxsən özü seçmir.

“Macarıstanın Baş naziri Viktor Orbanın bugünkü bəyanatından sonra fikrimcə, alyansın növbəti baş katibini seçməyə çox yaxın olduğumuz açıq-aydındır” – Stoltenberq açıqlayıb.

O, Mark Ruttenin baş nazir vəzifəsində böyük təcrübəyə malik olması səbəbilə çox yaxşı namizəd olduğunu bildirib.

“O, mənim yaxın dostum və həmkarımdır. Bu səbəbdən, fikrimcə, alyans məni əvəz edəcək namizədlə bağlı çox yaxın vaxtlarda razılıq əldə edəcək. Bu, hamı üçün, NATO və o cümlədən mənim üçün yaxşı olacaq”- Stoltenberq qeyd edib.