Yens Stoltenberg - Mark Rutte əla NATO Baş Katibi olardı
Yens Stoltenberg - Mark Rutte əla NATO Baş Katibi olardı

NATO-nun baş katibi Yens Stoltenberqin sözlərinə görə, Mark Rutte istefa verdikdən sonra vəzifəsini layiqincə yerinə yetirəcək. Stoltenberq bunu mediaya müsahibəsində bildirib və əlavə edib ki, o, xoşbəxtdir, çünki NATO müttəfiqləri Alyansın növbəti baş katibinin namizədliyi ilə bağlı razılığa gələ biliblər.

“Mark Rutte NATO-nun əla baş katibi olacaq. Mən onu uzun illərdir ki, tanıyıram. Bütün bu illər ərzində o, konsensusa gəlmək bacarığını nümayiş etdirdi”, Yens Stoltenberq bildirib.

Xatırladırıq ki, iyunun 26-da NATO Mark Rutteni növbəti baş katibi təyin edib. Yens Stoltenberqin mandatı başa çatdıqdan sonra Rutte oktyabrın 1-dən vəzifəsinin icrasına başlayacaq.