NATO-nun baş katibi Yens Stoltenberq Çin tərəfindən yeni təhlükəsizlik qanunun təsdiqlənməsinə səslənir.
Alyansın baş direktoru hesab edir ki, bu qanunun qəbul edilməsi ilə, Çin Honq Konq muxtariyyatına zərər verir.
“Aydındır ki, Çin bizim demokratiya, azadlıq və qanunun aliliyi kimi dəyərlərimizi dəstəkləmir. Son qəbul etdiyi bu qanun Honq Konq avtonomiyası üçün zərər vericidir” – dedi Yens Stoltenberq.
Yeni qanuna əsasən, Honq Konqun ayrılmasına doğru yönəldilən hərhansı bir addım – qanun pozuntusu və terorizmlə və xarici qüvvələrlə əməkdaşlıq kimi hesab ediləcək.
Bununla yanaşı, Çin iqtidarı Honq Konqda Milli Təhlükəsizlik məsələləri ilə bağlı işləyən yeni ofisini açacaq və Honq Konq məktəblərində təhlükəsizliklə bağlı monitorinq aparılacaq.
Eyni zamanda, Honq Konq Pekin tərəfindən təyin ediləm müşavirlə bərabər, yeni qanunun yerinə yetirilməsi üçün Milli Təhlükəsizlik Komisiyası yaratmalıdır.