Yens Stoltenberq - heç bir rəqibin şüurunda Rusiyanın Gürcüstanda etdiyi və indi Ukraynada etdiklərinə oxşar əməllərin edilməsi ilə bağlı anlaşılmazlıq olmamalıdır, bu alyansın reaksiyasına səbəb olacaq
Yens Stoltenberq - heç bir rəqibin şüurunda Rusiyanın Gürcüstanda etdiyi və indi Ukraynada etdiklərinə oxşar əməllərin edilməsi ilə bağlı anlaşılmazlıq olmamalıdır, bu alyansın reaksiyasına səbəb olacaq

 

NATO-nun əsas məsuliyyəti heç bir rəqibin şüurunda Rusiyanın 2008-ci ildə Gürcüstanda etdiyi və indi Ukraynada etdiklərinə oxşar əməllərin edilməsi ilə bağlı anlaşılmazlığın olmamasıdır, bu bütün alyansın reaksiyasına səbəb olacaq – bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

Onun sözlərinə görə, bu eskalasiyanın qarşısının niyə alınması və alyansın bir milyarda yaxın əhalisi üçün sülhün qorunmasının əsas mesajı və səbəbidir.

“Biz daha təhlükəli və proqnozlaşdırılmayan dünyada yaşayırıq. Biz İkinci Dünya Müharibəsindən sonra Avropada şahid olmadığımız genişmiqyaslı hərbi əməliyyatlarla cərəyan edən qaynar müharibə dövründə yaşayırıq. Bu, Ukrayna xalqının əziyyət görməsinə səbəb olur. Biz onu da bilirik ki, vəziyyət daha da pisləşə bilər, çünki əgər bu Rusiya ilə NATO arasında genişmiqyaslı müharibəyə çevrilərsə, biz bu gün Ukraynada gördüyümüzdən daha böyük miqyasda əzab, itki və ölümün şahidi olacağıq. Ona görə də NATO-nun iki vəzifəsi var: birincisi Ukraynaya dəstək olmaqdır. NATO və NATO-nun müttəfiqləri Ukraynaya misli görünməmiş yardım edirlər. Həmçinin, Ukraynadan kənarda eskalasiyanın qarşısını almaq üçün böyük məsuliyyətimiz var. Məhz bu səbəbdən NATO münaqişənin bir hissəsi deyil. Məhz buna görə, Alyansın hər qarışını müdafiə etməyə hazır olmağımız ilə əlaqədar Moskvada hər hansı yanlış hesablama və anlaşılmazlıqları istisna etmək üçün Alyansın şərq cinahında mövcudluğumuzu artırdıq. NATO-nun əsas məsuliyyəti heç bir rəqibin şüurunda Rusiyanın 2008-ci ildə Gürcüstanda etdiyi və indi Ukraynada etdiklərinə oxşar əməllərin edilməsi ilə bağlı anlaşılmazlığın olmamasıdır, bu bütün alyansın reaksiyasına səbəb olacaq. Bu, hücumun qarşısını niyə almağımızın və NATO alyansının təxminən bir milyard əhalisi üçün sülhü qorumağımızın əsas mesajı və səbəbidir”-deyə Yens Stoltenberq Madrid sammitinin yekununda mətbuat konfransında bildirib.