Yens Stoltenberq - Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü, həmçinin demokratiyanın gücləndirilməsi səylərini dəstəkləyirik
Prezident Salome Zurabişvili və baş nazir İrakli Kobaxidze ilə NATO-nun Gürcüstanla çox dəyərli tərəfdaşlığı haqqında səmərəli görüşlər keçirdim- bu haqda NATO-nun baş katibi Yens Stoltenberq sosial şəbəkədə yazıb.
Baş katib, NATO-nun Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirib.
“Biz suverenliyinizi və ərazi bütövlüyünüzü dəstəkləyirik, həmçinin demokratiyanızı gücləndirmək və tam Avro-Atlantik inteqrasiyaya nail olmaq üçün səylərinizi dəstəkləyirik” – baş katib yazır.