Yens Stoltenberq - Gürcüstana və Ukraynaya qarşı həyata keçirilən aqressiyaya görə, tamamən Rusiya məsuliyyət daşıyır
Yens Stoltenberq - Gürcüstana və Ukraynaya qarşı həyata keçirilən aqressiyaya görə, tamamən Rusiya məsuliyyət daşıyır

“Qonşu ölkələri olan Gürcüstana və Ukraynaya qarşı həyata keçirilən aqressiyaya görə, tamamən Rusiya məsuliyyətlidir” — bu bəyanatı Brüsseldəki mətbuat-konfransında NATO-nun baş katibi Yens Stoltenberq verdi.

Onun dediyinə görə, alyans bu gün Rusiya tərəfindən NATO-nun müttəfiqlərinə açıq aqressiya görmür, ancaq onu görür ki, Rusiya silahlanmağa davam edir və buna cavab olaraq, NATO-da öz müdafiyə qüvvələrini gücləndirməyə davam etməlidir.

“Rusiya Federasiyası müasir müdafiyə texnologiyalarına daha çox sərmayə qoyur və həmçinin nüvə silahını da artırır. Rusiya Avropada nüvə razılaşmasının əsas prinsiplərini pozur. Gürcüstandaki və Ukraynadaki aqressiyasından sonra, Rusiya Moldovada öz əsgərlərini icazəsiz şəkildə yerləşdirdi.

Biz NATO-ya qarşı açıq aqressiya görmürük, ancaq, bu günki realiyalarda NATO öz müdafiyə qüvvələrinin gücləndirilməsini təmin etməlidir və bu sahəyə daha çox investisiya qoymalıyıq” – dedi Stoltenberq.

Stoltenberqin dediyinə görə, Londonda, dekabrın 3-4-də planlanan, NATO ölkələri liderlərinin görüşündə Rusiya Federasiyasına qarşı, nüvə razəlaşmasından sonra aparılan koordinasiyalı siyasət məsələsi qaldırılacaq.