Yens Stoltenberq - Gürcüstan NATO-nun ən yaxın tərəfdaşlarından biridir, biz Gürcüstanın NATO missiyalarına və əməliyyatlarına verdiyi töhfəni yüksək qiymətləndiririk
Yens Stoltenberq - Gürcüstan NATO-nun ən yaxın tərəfdaşlarından biridir, biz Gürcüstanın NATO missiyalarına və əməliyyatlarına verdiyi töhfəni yüksək qiymətləndiririk

Biz Gürcüstanın ərazi bütövlüyünü tam şəkildə dəstəkləyirik, Abxaziya və Cənubi Osetiya Gürcüstanın bir hissəsidir-bu haqda NATO-nun baş katibi Yens Stoltenberq Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə birgə keçirilmiş mətbuat konfransında bəyanatlar zamanı açıqlayıb. 

Stoltenberq, Gürcüstanın NATO-nun ən yaxın tərəfdaşlarından biri olduğunu bildirib.

“Cənab Baş nazir, sizi yenidən görməyə şadam. İndi burada olmaq yaxşıdır. Bu, Gürcüstan-NATO tərəfdaşlığının bizim üçün nə qədər dəyərli olduğunu göstərir və biz sizin bir neçə həftə əvvəl Brüsseldə olmanızı alqışlayırıq, indi isə buradayam. Bütün bunlar tərəfdaşlıq çərçivəsində aramızda fəal siyasi dialoqun olduğunun göstəricisidir. Gürcüstan NATO-nun ən yaxın tərəfdaşlarından biridir və biz Gürcüstanın NATO missiyalarına və əməliyyatlarına verdiyi töhfəni yüksək qiymətləndiririk. Biz Gürcüstanın ərazi bütövlüyünü tam şəkildə  dəstəkləyirik. Abxaziya və Cənubi Osetiya Gürcüstanın bir hissəsidir. NATO Rusiyanı Gürcüstanın işğal olunmuş ərazilərinin müstəqil dövlət kimi tanınmasını geri götürməyə çağırmağa davam edir. Gürcüstan və Ukraynanın işğal olunmuş ərazilərində Rusiyanın təşkil etdiyi seçkilərin keçirilməsi tamamilə qeyri-qanunidir və Rusiya prezident seçkiləri birmənalı olaraq nə azad, nə də şəffaf keçib”, – Stoltenberq bildirib.