Yens Stoltenberq - Gürcüstan NATO liderlərinin görüşünə dəvət olunub, bu həmrəylik və yaxın partnorluğun əhəmiyyətli ifadəsidir
Yens Stoltenberq - Gürcüstan NATO liderlərinin görüşünə dəvət olunub, bu həmrəylik və yaxın partnorluğun əhəmiyyətli ifadəsidir

Gürcüstan liderlərin görüşündə iştiraka dəvət olunub; hesab edirəm ki, bu həmrəyliyin və NATO-Gürcüstan sıx partnorluğunun əhəmiyyətli ifadəsidir, – Bu barədə alyansın baş katibi, Yens Stoltenberq NATO nazirlər ministerialının başlamasına qədər keçirilən brifinqdə bəyan etdi.

Stoltenberqin sözlərinə görə, NATO müttəfiqlərinin partnyorlara dəstəyini gücləndirməsi önəmlidir və Gürcüstan bu partnyor ölkələrdən biridir.

“Düşünürəm ki, Rusiyanın Ukraynaya qəddar müdaxiləsi fonunda NATO müttəfiqləri üçün Rusiyanın təcavüzünə qarşı həssas olan digər partnorlara dəstəyi gücləndirmək daha önəmlidir. Sözsüz ki, Gürcüstan bu partnyor ölkələrdən biridir.

Rusiya artıq Gürcüstan ərazilərini işğal edib, onun hissələrinə nəzarət edir və müvafiq olaraq, gözləyirəm ki, müttəfiqlər praktiki partnyorluğu daha da gücləndirəcək konkret addımlar barədə razılığa gələcəklər; onu ki, təlim, bacarıqların artırılması, islahatlar baxəmından necə işləyirik ki, Gürcüstanın Rusiyanın müdaxiləsi və Gürcüstanın sabitliyi və ərazi bütövlyününün pozulmasına yönəlmiş cəhdlərə tab gətirmə qabiliyyəti artsın”, – Yens Stoltenberq bəyan etdi.