Yens Stoltenberq - bütün dünya bu mənasız müharibəni pisləyir, NATO-nun müttəfiqləri və partnyorları Rusiyaya qarşı presedentsiz sanksiyalar tədbiq edirlər, biz Ukraynaya qarşı dəstəkdə vahidik
Yens Stoltenberq - bütün dünya bu mənasız müharibəni pisləyir, NATO-nun müttəfiqləri və partnyorları Rusiyaya qarşı presedentsiz sanksiyalar tədbiq edirlər, biz Ukraynaya qarşı dəstəkdə vahidik

Bütün dünya bu mənasız müharibəni pisləyir, NATO-nun müttəfiqləri və partnyorları Rusiyaya qarşı presedentsiz sanksiyalar tədbiq edirlər, biz Ukraynaya qarşı dəstəkdə vahidik, – bu barədə NATO-nun baş katibi, Yens Stoltenberq NATO-nun müdafiə nazirləri toplantısının açılış nitqi zamanı bəyan etdi.

Elə onun dediyinə görə, NATO nazirləri Rusiyanın Ukraynaya hücumunu müzakirə etmək və gələn həftə keçiriləcək sammitə hazırlaşmaq üçün toplaşıblar.

“Bizə Ukraynalı həmkarımız Oleks Reznikov, eləcə də digər partnyorlarımız olan Gürcüstan, Finlandiya, İsveç və Avropa İttifaqı qoşuldu. Bütün dünya bu mənasız müharibəni pisləyir. NATO-nun müttəfiqləri və partnyorları Rusiyaya qarşı presedentsiz sanksiyalar tədbiq edirlər və biz Ukraynaya qarşı dəstəkdə vahidik. Uzun illərdir ki, NATO müttəfiqləri on minlərlə Ukrayna əsgərinə təlim keçib və Ukraynaya öz hüquqlarını müdafiə, özünü müdafiə etmək üçün çoxlu sayda kritik əhəmiyyətli avadanlıq verib. Rusiya müdaxiləsi başlayandan bəri alyans hökumətə və silahlı qüvvələrə hərbi texnika, humanitar və maliyyə yardımı göstərməklə, milyonlarla qaçqına sığınacaq verməklə cəsur Ukrayna xalqına dəstəyini xeyli gücləndirdi. Bu gün bizim hamımızın Ukraynanı dəstəkləməyimiz daha əhəmiyyətlidir”, – Yens Stoltenberq bəyan etdi.