Yens Stoltenberq – Biz Gürcüstanın Abxaziya və Sxinvali məsələləri üzrə dialoqa qoşulmağa hazır olduğunu dəstəkləyirik
NATO Gürcüstanın Abxaziya və Sxinvali məsələləri ilə bağlı, qarşı tərəflə dialoqa qoşulmağa hazır olmasını dəstəkləyir – bu barədə bəyanatı NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə keçirilən mətbuat konfransında verdi.
NATO-nun baş katibi qeyd etdi ki, alyansın iyul sammitində, Gürcüstan tərəfindən nail olunan tərəqqi qeyd olunacaq.
“Mən gözləyirəm ki, iyul sammitində, islahatlar baxımından Gürcüstanın nail olunan tərəqqi, xüsusi ilə də, Əfqanistan əməliyyatına etdiyi qatqı qeyd olunacaq” – dedi Stoltenberq.
Yens Stoltenberqin dediyinə görə, NATO Gürcüstanın siyasi və praktiki dəstəkləməsinə davam edir.