Yens Stoltenberq – Gürcüstan ərazisində rus hərbşilərinin olması Rusiyanın şüürsuz hərəkətlərinin nümayişidir
Gürcüstanın istəyinə zidd olaraq, ölkədə rus əsgərlərinin olması – Rusiya tərəfindən həyata keçirilən şürsüz siyasətin nümayişidir.
Bu bəyanatı NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə keçirilən brifinqdə verdi.
Solsberidə sabiq rus kəşfiyyatçısının zəhərlənərək, ölməsi ilə bağlı məsələyi şərhləndirərkən, Stoltenberq Gürcüstan haqqında bəhs etdi.
“Gürcüstanda və Moldovada rus hərbçilərinin olması və separatistləri dəstəkləməsi, Rusiyanın Monteneqronun daxili işlərinə qarışması və yaxın şərqdə öz nüfuzunun nümayiş etdirilməsi, Solsberidə baş verən cinayətə gətirib çıxartdı” – dedi Yens Stoltenberq.
Stoltenberq həmçinin, Rusiyanın öz silahlı qüvvələrinin gücləndirilməsinə böyük məbləğlərinin xərclədiyi haqqında da söz etdi.
Onun bəyanatına görə, Rusiya beynəlxalq hüququ pozmağa davam edir.