Yeniyetmələrin trefikingi - Uşaqları Tbilisinin müxtəlif yerlərində "işləməyə" məcbur edən ər-arvad həbs edildi

Daxili İşlər Nazirliyi yeniyetmələrin trefekingi ili ittiham edilən iki şəxsi həbs etdi.

Bu barədə məlumatı Daxili İşlər Nazirliyinin mərkəzi kriminal polisinin rəhbəri Mamuka Çelidze DİN-də keçirilən brifinqdə verdi.

Onun dediyinə görə, Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisidə yeniyetmələrin ekspluatasiyası faktı ilə bağlı hakim qərarı əsasında iki nəfəri həbs etdilər.

Həbs edilənlər 1957-ci il təvəllüdlü P.M. və onun həyat yoldaşı, 1959-cu il təvəllüdlü A.M.-dır.

Qeyd olunan cinayət 17-20-dən ilə qədər həbs cəzasını nəzərdə tutur.

İstintaq nəticəsində məlum oldu ki, ər-arvad kiçik yaşda uşaqları, təhdid edərək, Tbilisinin müxtəlif küçələrində və əsasən də Pekini küçəsindəki işıqförlərin yanında dilənçilik etməyə məcbur edirdilər.

“Daxili İşlər Nazirliyi az yaşlıların trefikinginə qarşı intensiv mübarizəyə davam edir və öz ailə üzvlərini və qohumlarını belə zorla çalışdıran şəxslər cəzalandırılacaqlar” – dedi Mamuka Çelidze.