Yeniyetmələrin qətli ilə bağlı prokurorluq üç nəfərə həbs qərarı çıxartdı
Tbilisi şəhər məhkəməsi, Xorava küçəsində yeniyetmələr arasında baş verən qətl faktı ilə bağlı üç nəfərə həbs qərarı çıxartdı.
Yaşları 17-dən 21-qədər olan və cinayətkarları gizlətməyə çalışan digər iki şəxs isə, girov əvəzinə azad edildi.
51-ci məktəb şagirdlərini bıçaqlayaraq öldürən yeniyetmələrdən biri cinayət günü yaxalandı, digəri isə, polisə özü tapşırıldı.
Qətl faktı Tbilisidə, Xorava küçəsində, dekabrın 1-də baş verdi.