Yeniyetmələri bıçaqlamaqla suçlanan gəncin vəkili bəyan edir ki, suçlu polisə özü tapşırıldı
Qırmızı Bağda üç yeniyetmənin bıçaqlanmasında ittiham edilən gəncin vəkili İrma Çkadua bəyan edir ki, onun müdafiyəsi altında olan yeniyetmə polisə öz ayağı ilə gedib.
Çkaduanın dediyinə görə, yeniyetməyə qarşı bu vaxta qədər rəsmi ittihamnamə irəli sürülməyib.
Hal-hazırda o, Vake-Saburtalo polis idarəsinin N7-ci bölməsindədir.
Daxili İşlər Nazirliyinin məlumatına görə isə, hüquqmühafizəçilər suçlu şəxsi həbs etdilər.
Qeyd olunan cinayət 3-dən 6 ilə qədər həbs cəzasını nəzərdə tutur.