Yenidənqurma işləri ilə əlaqədar “Sülh körpüsü”ndə hərəkət müvəqqəti olaraq məhdudlaşdırılacaq
Yenidənqurma işləri ilə əlaqədar “Sülh körpüsü”ndə hərəkət müvəqqəti olaraq məhdudlaşdırılacaq

 

“Sülh körpüsü”nün yenidənqurma işləri aktiv şəkildə davam etdirilir. Təhlükəsizlik məqsədilə iyulun 5-dən 19-dək körpüdə hərəkət məhdudlaşdırılacaq. Bu barədə Tbilisi Meriyası məlumat yayır.

Meriyadan verilən məlumata əsasən, layihə çərçivəsində uzunluğu 200 metrə qədər olan piyada körpüsünün zədələnmiş əraziləri bərpa edilərək möhkəmləndirilir. Həmçinin, körpünün asma hissəsi və əsas yolda deformasiyaya uğramış pilləkənlər bərpa olunur.

“Qeyd etmək lazımdır ki, körpünün bərpası prosesi xarici mütəxəssislərin aktiv iştirakı və nəzarəti ilə həyata keçirilir. Tbilisi Meriyası yaranmış narahatlığa görə üzr istəyir”-deyə meriyanın məlumatında deyilir.