Yeni Zelandiyanın iki məscidində baş verən atışma nəticəsində ölənlərin sayı 40-a çatdı
Yeni Zelandiyanın iki məscidində baş verən atışma nəticəsində ölənlərin sayı 40-a çatdı.
20 nəfər isə, ağır yaralanıb. Onlardan bir neçəsini vəziyyəti xüsusi ilə ağırdır.
Bu barədə məlumatı ölkənin baş naziri Casinda Arderdi fövqəladə brifinqdə bəyan etdi.
Baş nazir teror aktını qınadı və ölənlərin ailələrinə baş sağlığı dilədi.
Şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib.
Baş nazirin dediyinə görə, insanlara hücüm edən teroristin maşınında partlayıcı maddə tapılıb.
İlk hücum Al Nuri məscidində baş verdi, hansında teror zamanı 300 nəfər var idi.
Görənlərin dediyinə görə, qara paltarlı adam məscidə daxil olub, oradaki insanlara atəş etməyə başladı.
O öncə kişiləri güllələdi, sonra isə, qadınların ibadət etdiyi yerə atəş etdi.
Polis gələnə qədər terorist hadisə yerindən qaçmışdı.
Bu insindentdən qısa müddətdən sonra, növbəti hücüm Kraistçer şəhərində yerləşən yenə bir məscidə edildi.
İki məsciddə teror faktı ilə bağlı polis Avstraliya vətəndaşı olan Brenton tarantı həbs etdi.
Hücum edənə qədər Brenton Tarant internetdə “Antimiqrasiya manifestini” yaydı və öz hərəkətlərini sosiyal şəbəkə vasitəsi ilə translyasiya edirdi və teror aktları olaraq adlandırırdı.