Yeni tədqiqata əsasən "fayzer" vaksinin iki dozası delta variantına qarşı 88 faiz ilə effektlidir
Yeni tədqiqata əsasən "fayzer" vaksinin iki dozası delta variantına qarşı 88 faiz ilə effektlidir

“Fayzer” vaksinin iki dozası “COVID-19”-un delta variantına qarşı 88 faiz ilə effektlidir. Bu barədə “Nyu inqland cornal ov medisin” tərəfindən dərc olunan tədqiqatda deyilir.

Tədqiqat “astranezeka” çirkəti tərəfindən işlənib hazırlanan vaksinə də aiddir, hansı da əsasən qeyd olunan şirkətin vaksininin iki dozası delta variantına qarşı bu vaxt üçün 67 faizlik effektliyi göstərir.

“COVID-19”-un delta variantı yüksək yoluxuculuqla fərqlənir. Ona qədər məlum idi ki, alfa variantına qarşı “fayzer” vaksininin iki dozası 93.7 faizlə effektlidir, “astrazeneka” isə, 74.5 fazilə.

Paralel olaraq, İsraildə aparılan tədqiqat göstərir ki, “fayzer” vaksini simptom xəstəliklərinə qarşı nisbətən az effektlidir. Lakin ağır xəstəliklərə qarşı müdafiısi yenı də yüksəkdir. Delta variantına qarşı tədqiqatı ABŞ-ın Boston şəhərində yerləşən İsrail Tibb Mərkəzi təqdim etdi. Burada qeyd olunur ki, “Conson end consonun” bir peyvəndi yaxşı işlədi və immun cavab səkkiz ay davam etdi.