Yeni qanunlayihəyə əsasən, əczanə narkomaniyasına, rəsmi olaraq, narkomaniya kvalifikasiyası veriləcək
“Bir çox koleqamızın və həmçinin ictimaiyyətin üzvlərinin narkosiyasət islahatı haqqında yanlış fikri var” – bu barədə bəyanatı Gürcüstan parlamentinin səhiyyə komitəsinin sədri Akaki Zoidze verdi.
Onun dediyinə görə, narkotiklərin istifadəsi cəzalandırılacaq, ancaq, narkotik maddələrin həcmindən asılı olaraq, cəza tədbiri inzibati ola bilər.
“Çox zaman kolleqalarımız leqalizasiya və dekriminalizasiya terminlərini bir-biri ilə qarışdırırlar, çünki bu sahənin mütəxəssisləri deyillər. Narkosiyasət mütləq gücləndiriləcək, məsələn, əczanə narkomaniyası da bildiyimiz narkomaniya kimi müzakirə ediləcək və bu qərar prevensiya effektini gücləndirəcək” – dedi Akaki Zoidze.