Yeni koronavirus hallarından 2253-ü Tbilisidə, 1160-ı İmeretidə və 539-u Kaxetidə aşkarlanıb
Hökumət administrasiyasının mətbuat xidmətinin məlumatına görə, yeni koronavirus hallarından 2253-ü Tbilisidə, 1160-ı İmeretidə və 539-u Kaxetidə aşkarlanıb.
Stopcov.ge-də dərc olunan məlumata görə, intensiv testlər çərçivəsində son 24 saat ərzində ölkə üzrə 52 033 test, o cümlədən 38 545 antigen testi və 13 488 PCR testi aparılıb.
Testlər nəticəsində son 24 saat ərzində 6 021 yeni təsdiqlənmiş virusa yoluxma halı aşkar edilib. Ölkədə Covid-19 pandemiyasının başlanmasından bəri təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 761 067-dir.
Müsbət göstəriciyə gəlincə, noyabrın 8-nə gündəlik müsbət göstərici 11,57%, son 14 gündə 9,78%, 7 gün ərzində isə 10,46% təşkil edir.
Son 24 saat ərzində 3792 nəfər virusdan sağalıb, sağalanların sayı isə 696 921 nəfərə çatıb.
Son 24 saat ərzində 75 yeni ölüm halı qeydə alınıb. Pandemiyanın yayılmasından bəri ümumilikdə 10 584 nəfər virusdan dünyasını dəyişib.
Bu gün ölkədə aşkarlanan 6021 yeni yoluxma hallarından: Tbilisidə 2253, Acarıstanda 203, İmeretidə 1160, Kvemo Kartlidə 357, Şida Kartlidə 511, Quriyada 133, Sameqrelo Zemo Svanetidə 442 yoluxma halı aşkarlanıb. Kaxeti – 539, Mtsxeta -Mtianeti – 197, Samtsxe-Cavaxeti – 137, Raça-Leçxumi və Kvemo Svaneti – 89.
53 nəfər Tbilisidə, biri Acarıstanda olmaqla 54 nəfər karantin zonalarına yerləşdirilib.