Yeni ildən Türkiyəyə gedən turistlər təhlükəsizlik vergisini ödəyəcəklər
Yeni ildən Türkiyəyə gedən turistlər təhlükəsizlik vergisini ödəyəcəklər

2019-cu ilin yanvar ayından Türkiyəyə gedən beynəlxalq yolçular 1,5 avro məbləğində təhlükəsizlik vergisini ödəməli olacaqlar.

İlk öncə Türkiyə iqtidarı tərəfindən müəyyən edilən verginin məbləği 3 avro idi, ancaq daha sonra Türkiyə Hava limanının baş idarəsində bəyan etdilər ki, verginin məbləği yarıya düşürüldü.

Vergi məbləğinin azaldılmasını isə, Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinə Mədəniyyət və Turizm Nazirliyi tövsiyyə etdi.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyində hesab edirlər ki, 3 avroluq təhlükəsizlik vergisi, Türkiyəyə gələn turistlərin sayına mənfi təsir göstərə bilər.

Turistlər təhlükəsizlik vergisini Türkiyə hava limanına daxil olan kimi ödəməlidirlər.