Yeni il tədbiri ilə əlaqədar dekabrın 22-dən yanvarın 1-dək Respublika meydanında avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

Birinci Respublika meydanında nəzərdə tutulan Yeni il tədbiri ilə əlaqədar dekabrın 22-dən yanvarın 1-dək avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Məlumatı Tbilisi meriyası yayıb.

Meriyadan verilən məlumata görə, məhdudiyyət yalnız M.Kostava küçəsindən Respublika meydanına gedən avtonəqliyyat vasitələrinə şamil olunacaq və Rustaveli prospektindən Birinci Respublika meydanına hərəkət sərbəst olacaq.

“Avtomobillərin Kostava küçəsindən və Rustaveli prospektindən istifadə edərək Respublika meydanına gəlməsi mümkün olacaq.

İctimai nəqliyyat aşağıdakı istiqamətdə hərəkət edəcək: 33, 31 nömrəli avtobuslar və 457 nömrəli mikroavtobuslar Cavaxişvili küçəsindən Tbilisi konsert zalı istiqamətində hərəkət edəcək, bundan sonra Rustaveli metrostansiyası istiqamətində davam edəcək və müəyyən edilmiş sxem üzrə hərəkət edəcəklər. Əks istiqamətdə sözügedən nəqliyyat vasitələrinin marşrutu dəyişməz qalacaq”, – Tbilisi meriyası bildirib.