“Yeni il kəndi” dekabrın 24-də Dedaena bağında açılacaq

Tbilisi meriyasının təşkil etdiyi “Yeni il kəndi”nin açılış mərasimi dekabrın 24-də Dedaena bağında keçiriləcək, – paytaxt meri Kaxa Kaladze bələdiyyə hökumətinin bugünkü iclasında bildirib.

Onun sözlərinə görə, “Yeni il kəndi” yanvarın 14-dək Orbeliani meydanında və Dedaena bağında yerləşəcək.

“Yeni il kəndi”ndə müxtəlif növ Yeni il bəzəkləri, instalyasiyalar, (sintetik) buz meydançası, açıq səma altında kinoteatr, nəhəng nağıl kitabı və nağılçı, Yeni il bazarı, yemək məntəqələri, şirniyyat festivalı, uşaq attraksionları, bəzədilmiş yerlər olacaq. e Gün ərzində Yeni il kəndində uşaqlar üçün nəhəng Santa Klaus yürüşü və uşaq-əyləncəli şou-konsertlər, axşam isə böyüklər üçün estrada artistlərinin, musiqi qruplarının və elektron musiqilərin çıxışları olacaq,” – Kaxa Kaladze dedi.

“Yeni il kəndi” yanvarın 14-də böyük musiqi şousu ilə bağlanacaq.