“Yeni il kəndi” bu gündən etibarən açıqdır və yanvarın 7-dək qonaqları qəbul edəcək
“Yeni il kəndi” bu gün ilk qonaqlarını qəbul edib. Paytaxtın meri Kaxa Kaladze tədbirlərlə və yeni il bəzəkləri ilə tanış olub.
“Paytaxtımız sehrli və gözəldir. Onun yeni il üçün necə bəzədildiyini görə bilərsiniz. Artıq ölkənin əsas yolkasının işıqlarını yandırıb, arzular diləmişik. Yanvarın 7-dək Orbeliani meydanında və Anadili bağında müxtəlif tədbirlər keçiriləcək. Bundan əlavə, burada bir çox insanın istifadə etdiyi buz meydançası var. “Yeni il kəndi”ndə beş yüzə yaxın sahibkar və onların məhsulları təmsil olunur. Buyurun dostlar. İnanın, sizi xoş günlər gözləyir”, – deyə Kaxa Kaladze bildirib.
Gün ərzində “Yeni il kəndi”ndə şoular, tamaşalar və digər tədbirlər keçirilib, gecə Stepane və SALIO-nun konsertləri ilə davam edib.
Orbeliani meydanı, ətraf küçələr və Anadili bağının daxil olduğu “Yeni il kəndi”ndə dekabrın 16-dan yanvarın 7-dək “Milad bazarı” sərgi-satış, qastronomiya və biznes marketləri, “Yeni il şəhəri” pavilyonu, emalatxana və teatr, teatral yürüşlər və tamaşalar, uşaq vorkşopları, illüzionistlərin şousu, kukla teatrının yeni il tamaşası, canlandırılmış milad nağılı, barmaq teatrının yeni il tamaşası, marionet caz qrupunun musiqili tamaşası, əlavə olaraq, buz pateni meydançası və tematik fotoşəkil zonaları olacaq. Axşamlar müxtəlif bendlərin, vokalçıların, qrupların və ansamblların konsertləri keçiriləcək, bundan sonra DJ “Yeni il kəndi”nin qonaqları üçün elektron musiqi ifa edəcək. Şaxta babaya gəlincə, o, uşaqları Anadili bağında yerləşən evində qarşılayacaq. Burada uşaqları elflər, əyləncə zonası və uşaq studiyalarının konsertləri gözləyir.
Məlumatı Tbilisi meriyası yayıb.
Müəllif -
Mehemmed Bayramaliyev