Yeni il işıqlarının sökülməsi ilə əlaqədar Ketevan Dedopali prospektində hərəkət müvəqqəti olaraq məhdudlaşdırılacaq
Yeni il işıqlarının sökülməsi ilə əlaqədar Ketevan Dedopali prospektində, Avlabari meydanından Lex Kaçinski küçəsinin kəsişməsinə qədər olan yol hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
Tbilisi Meriyasının məlumatına görə, məhdudiyyət yanvarın 23-də saat 00:00-dan 06:00-dək qüvvədə olacaq.
Nəqliyyat vasitələri İrbaxi, Tsurtsumia, Zurabaşvili və Kaçinski küçələri vasitəsilə hərəkət edə biləcək. Kaçinski küçəsindən avtomobillərin hərəkəti həm Bochormi küçəsi, həm də Ketevan Dedopali prospekti (sola dönmə ilə) istiqamətində mümkün olacaq.
Bundan əlavə, avtomobil sürücüləri Telavi küçəsindən Bochormi küçəsinə, eləcə də İalbuzi küçəsindən Kürün sol sahili istiqamətində hərəkət edəcəklər.