Yeni il işıqlarının quraşdırılması işləri ilə əlaqədar Rustaveli prospektində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
Yeni il işıqlarının quraşdırılması işləri ilə əlaqədar Rustaveli prospektində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

Rustaveli prospektində Yeni il işıqlarının quraşdırılması ilə əlaqədar dekabrın 6-da saat 00:00-dan 06:00-dək Birinci Respublika meydanından Azadlıq meydanına qədər olan yol hissəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Meriyadan verilən məlumata görə, bu mərhələdə yeni il işıqlandırmalarının quraşdırılması üçün lazımi kəndirlərin təşkili nəzərdə tutulub.

“Nəqliyyat vasitələri Leonidze, İnqoroğva, Aleksandre Çavçavadze, Qriboedov, Barataşvili və Tabukaşvili küçələri ilə hərəkət edə biləcək; Melikişvili prospektindən Mtatsmindanın qalan küçələrinə nəqliyyatın hərəkətinə Canaşia, Tarxnişvili, Tatişvili, Çovelidze, Zandukeli küçələri ilə, sonra isə Barnovi, Qoqebaşvili və Kakabadze küçələrindən istifadə etməklə icazə veriləcək.

Mtatsminda rayonunun digər küçələrindən Qriboedov, Mağaşvili, Barnovi və Şanidze küçələri ilə Melikişvili prospektinə və “Rustaveli” metrostansiyasının ərazisinə getmək mümkün olacaq.

Azadlıq meydanında hərəkət yalnız Rustaveli prospekti istiqamətində məhdudlaşdırılacaq. “Rustaveli” metrostansiyası ətrafındakı ərazidən Azadlıq meydanına gedən avtomobillər Rustaveli prospekti ilə, Zeytun ağacının yanından dönərək Mixeil Cavaxişvili küçəsi və Kürün sağ sahili ilə hərəkət edəcəklər”, – meriyanın məlumatında deyilir.