Yeni il işıqlarının quraşdırılması ilə əlaqədar Rustaveli prospektində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
Yeni il işıqlarının quraşdırılması ilə əlaqədar dekabrın 11-i və 12-si səhər saat 00:00-dan 06:00-dək Rustaveli prospektində, Birinci Respublika meydanından Azadlıq meydanına kimi avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Tbilisi meriyasının mətbuat xidməti məlumat yayıb.
“Avtomobillər Leonidze, İnqorokva, Aleksandre Çavçavadze, Qriboedov, Barataşvili və Tabukaşvili küçələri ilə hərəkət edə biləcək; Melikişvili prospektindən Mtatsminda küçələrinin qalan hissəsinə nəqliyyatın hərəkətinə Janaşiya, Tarxnişvili, Tatişvili, Çovelidze, Zandukeli küçələri ilə, sonra isə Barnovi, Qoqebaşvili və Kakabadzeebi küçələrindən istifadə etməklə icazə veriləcək.
Mtatsminda rayonunun digər küçələrindən Qriboedov, Makaşvili, Barnovi və Şanidze küçələri ilə Melikişvili prospektinə və “Rustaveli” metrostansiyasının ərazisinə getmək mümkün olacaq. Azadlıq meydanında hərəkət yalnız Rustaveli prospekti istiqamətində məhdudlaşdırılacaq.
“Metronun “Rustaveli” stansiyasının ətrafındakı ərazidən Azadlıq meydanına gedən avtomobillər Rustaveli prospektində, Zeytun ağacının yanından dönərək Mixail Cavaxişvili küçəsi və Kürün sağ sahili ilə hərəkət edəcəklər”, – Tbilisi şəhəri meriyasının məlumatında qeyd olunur.
Müəllif -
Mehemmed Bayramaliyev