Yeni il işıqlarının quraşdırılması ilə əlaqədar olaraq Ketevan Dedopali prospektində avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
Yeni il işıqlarının quraşdırılması ilə əlaqədar olaraq Ketevan Dedopali prospektində avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

 
Yeni il işıqlarının quraşdırılması ilə əlaqədar olaraq Ketevan Dedopali prospektində Avlabari meydanından Lex Kaçinski küçəsinin kəsişməsinə qədər olan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq. Məlumatı Tbilisi Meriyası yayır.

Verilmiş məlumata əsasən, məhdudiyyət noyabrın 15-i və 16-sı saat 00:00-dan 06:00-dək qüvvədə olacaq.

“Sözügedən müddət ərzində nəqliyyat vasitələri İrbaxi, Tsurtsumia, Zurabaşvili və Kaçinski küçələri ilə hərəkət edə biləcəklər. Kaçinski küçəsindən avtomobillərin hərəkəti həm Bochormi küçəsi, həm də Ketevan Dedopali prospekti istiqamətində (sola dönmə ilə) mümkün olacaq.

Bundan əlavə, avtomobil sürücüləri Telavi küçəsindən Bochormi küçəsinə, eləcə də İalbuzi küçəsindən Kürün sol sahili istiqamətində hərəkət edəcəklər”- deyə paytaxt meriyasının məlumatında qeyd olunur.