Yeni il işıqlarının quraşdırılması ilə əlaqədar Merab Kostava küçəsində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
Yeni il işıqlarının quraşdırılması ilə əlaqədar Merab Kostava küçəsində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

Yeni il işıqlarının quraşdırılması ilə əlaqədar Merab Kostava küçəsində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq, – bu barədə Tbilisi meriyasının məlumatında deyilir.

““Tbilservis Group” MMC paytaxtın müxtəlif rayonlarında Yeni il işıqlandırmalarının quraşdırılmasını davam etdirir.

Bu dəfə Merab Kostava küçəsində nəzərdə tutulan Yeni il işıqlarının quraşdırılması işləri ilə əlaqədar noyabrın 13-ü saat 00:00-dan səhər saat 06:00-dək avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Xüsusilə, Tbilisi Dövlət Konsert Salonundan Qəhrəmanlar Meydanı istiqamətində, Merab Kostavanın 27-dən 59-a qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Tbilisi meriyası ləngiməyə görə üzr istəyir!” – Tbilisi meriyası məlumatında deyilir.