Yeni il qala-konserti I Respublika Meydanında saat 00:00-da başlayacaq
Yeni il qala-konserti I Respublika Meydanında saat 00:00-da başlayacaq

Tbilisi yeni 2024-cü ili Birinci Respublika meydanında yeni il qala-konserti ilə qarşılayacaq.

Tbilisi meriyasından verilən məlumata görə, gürcü müğənniləri, xorları, ansamblları və rəqqasları milli simfonik orkestr və maestro Nikoloz Raçveli ilə birlikdə saat 00:00-dan etibarən tamaşaçılara “Avropa şəhərindən Avropaya” adlı təəssürat verici, iki saatlıq şou təqdim edəcəklər.

“Qala-konsertdə tanınmış və sevilən gürcü mahnılarının və müxtəlif xarici hitlərin yeni versiyaları, o cümlədən gürcü teksti ilə iki məşhur Milad mahnısı səslənəcək.

Proqrama ümumilikdə 30 musiqi nömrəsi daxildir. Tədbirdə 200-dən çox ifaçı tamaşaçılar qarşısında çıxış edəcək”, Tbilisi meriyasının mətbuat xidməti qeyd edib.