“Yeni il kəndi” dekabrın 23-də açılacaq və Orbeliani meydanı, 9 Aprel bağı və Atoneli küçəsini əhatə edəcək. Yeni il qala-konsertinə gəlincə, konsert dekabrın 31-də Avropa Meydanında keçiriləcək. Bu barədə paytaxt meri Kaxa Kaladze Tbilisi hökumətinin iclasında danışıb.
“Orbeliani meydanı, 9 Aprel bağı və Atoneli küçəsi rəngarəng Yeni il bəzəkləri və instalyasiyaları ilə bəzədiləcək. Ən əsası, yola düşən və dekabrın 23-də Tbilisidə olacaq Şaxta baba körpələrinizi qarşılayacaq. Valideynlərə müraciət etmək istəyirəm, övladlarınızı, nəvələrinizi Şaxta baba evinin yerləşəcəyi 9 Aprel bağına gətirəsiniz. O, uşaqların ən əziz arzularını məmnuniyyətlə dinləyəcək və bu, şübhəsiz ki, həyata keçəcək” -deyə Tbilisi meri açıqlayıb.
O, dekabrın 23-dən yanvarın 13-ü də daxil olmaqla “Yeni il kəndi”ndə uşaqlar üçün əyləncəli tamaşalar, konsertlər, nağıl qəhrəmanlarının bayram yürüşləri, müxtəlif tədbirlər keçiriləcəyini bildirib.
“Dekabrın 31-də sizi Avropa Meydanında qala-konsertdə gözləyirik. 2023-cü ili daha xoşbəxt və daha yaxşı gələcək gözləntisi ilə birlikdə qarşılayaq. Ən əsası yenə də əhval-ruhiyyəmiz və arzularımızdır, çünki möcüzə hamımızın bütün dünyada əmin-amanlıq , hər bir ailədə firavanlıq, əzizlərimizin sağlamlığı, savadlı və uğurlu gələcək nəsil, ölkənin tərəqqisi və inkişafı arzusundan başqa bir şey deyil. Yeni il günlərini gözəl paytaxtımızda birlikdə qeyd edək”- deyə Kaxa Kaladze açıqlayıb.