Yeni il ərəfəsində ölkə üzrə klinikalara pirotexniki vasitələrdən xəsarət alan 40 nəfər, qidadan zəhərlənən 131 xəstə daxil olub
Yeni il ərəfəsində Tbilisidə təcili tibbi yardım xidmətinə pirotexniki vasitələrdən istifadə nəticəsində xəsarət alanlarla bağlı 33 müraciət edilib. Onlardan 20 vətəndaşın xəstəxanaya yerləşdirilməsinə ehtiyac var. Bu barədə Gürcüstanın Birinci Kanalına Fövqəladə Halların Koordinasiyası və Fövqəladə Yardım Mərkəzindən məlumat verilib.
Digər şəhər və rayonlara gəlincə, pirotexniki vasitələrdən istifadə nəticəsində xəsarət alma ilə bağlı 25 məlumat daxil olub, onlardan 20-si xəstəxanaya yerləşdirilib.
Mərkəzdən verilən məlumata görə, Yeni il ərəfəsində Tbilisidə spirtli içkilərin qəbulu ilə bağlı 208 zəng qeydə alınıb. Bu səbəbdən 64 nəfər xəstəxanaya yerləşdirilib. Regionlar üzrə 110 qida və alkoqol sərxoşluğu faktı qeydə alınıb, 67 nəfər xəstəxanaya yerləşdirilib.