Yeni il gecəsində ictimai nəqliyyat gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Tbilisi meri Kaxa Kaladzenin bu gün paytaxt hökumətinin iclasında dediyi kimi, həm metro, həm avtobuslar, həm də Riğe-Nariğala kanat yolu yanvarın 1-i saat 03:00-dək sərnişinlərə xidmət göstərəcək.
“Dekabrın 31-də, Yeni il gecəsində Tbilisi Munisipalitetinin Meriyası Birinci Respublika Meydanında Yeni il tədbiri planlaşdırır. Nəqliyyatla bağlı məlumatı nəzərinizə çatdırmaq istəyirəm: metronun hərəkəti dekabrın 31-i saat 00:00-dan yanvarın 1-i saat 03:00-dək uzadılacaq; Avtobusla sərnişin xidmətləri dekabrın 31-i saat 23:00-dan 2024-cü ilin yanvarın 1-i saat 03:00-dək uzadılacaq; Riğe-Nariğala kanat yolunda sərnişinlərə xidmət müddəti dekabrın 31-i saat 22:00-dan 2024-cü ilin yanvarın 1-i saat 03:00-dək uzadılacaq” – deyə Kaxa Kaladze açıqlayıb.
Milad gecəsinə gəlincə, paytaxt merinin sözlərinə görə, metro ilə sərnişindaşıma yanvarın 6-da saat 00:00-dan 7 yanvar saat 03:00-dək uzadılacaq və sərnişindaşıma xidməti pulsuz olacaq.