Yeni gürcü aviaşirkəti ilk mərhələdə beş ölkəyə uçuşlar həyata keçirəcək
Yeni gürcü aviaşirkəti ilk mərhələdə beş ölkəyə uçuşlar həyata keçirəcək.
Söhbət çin investisiyaları ilə təsis edilən „MyWay Airlines“-dən gedir.
Aviaşirkət Tbilisidə keçirilən aviasiya forumunda iştirak edir.
Şirkətinin komersiyal direktoru İqor Aptsiaurinin Birinci Kanala bəyan etdiyinə görə, martın sonundan öncə çarter, sonra isə, Ukrayna, Belarus, Rusiya, İran və İsrail istiqamətinə requlyar reyslər həyata keçiriləcək.
Sonraki mərhələdə isə, Ərəb Emirliklərinə uçuşlar planlaşdırırlır.
Aviaşirkətə aid olan iki Boeing-737 artıq Tbilisidədir.
İqor Aptsiaurinin dediyinə görə, aviaşirkət müştərilərə maraqlı qiymətlər təklif edəcək.