Gürcüstanın yeddi regionunun yeni qubernatoru var. Yeni dövlət nümayəndələrini baş nazir, Mamuka Baxtadze bu gün hökumət idarəsində təqdim etdi.
Sameqrelo – Yuxarı Svaneti regionunda dövlət nümayəndəsi – qubernator vəzifəsində Aleksandr Motseriel təyin edildi.
Mamuka Baxtadze bəyan edirki, Aleksandr Motserielın kənd təsərrüfatında maraqlı biznes layihə təcrübəsi var.
“Nəzərinizə çatdırım ki, bizim əsas məqsədlərimizdən biri regionlarda iqtisadiyyatın böyüməsidir və əminəm ki, bu işdə Aleksandr Mutserel öz öhdəsinə düşəni edəcək”, – Mamuka Baxtadze bəyan etdi.
Quriya regionun qubernatoru Zurab Nasaraia təyin olundu. Baş nazirin dediyinə əsasən, onun ictimaiyyət və ictimai qruplarla əlaqlərdə çox rəngarəng təcrübəsi var.
Samtskhe-Cavaxeti qubernatoru kimi Besik Amiranaaşvili təyin olundu. O, bu günədək Daxili İşlər Nazirliyinin İmereti, Raca- Leçxumi və Aşağı Svaneti polis departementinin direktoru vəzifəsində idi.
Msxeta- Mtianeti qubernatoru kimi Şalva Kereselidze təyin olundu. O, bu günədək Təbiəti Qoruma və Kənd Təsərrüfatı Nazirliyinin regionlarla əlaqə departementinin sədri idi.
Kvemo Kartli regionun nümayəndəsi vəzifəsində Şota Rexviaşvili təyin olundu. O, İşğal Olunmuş Ərazilərdən Məcburi Uzaqlaşdırılımış Şəxslər və Qaçqınlar nazirinin müavini idi.
Şida Kartliyə qubernator Qiorqi Xocevanişvili təyin olundu.
İmeretinin qubernatoru Şavlet Tabatadze təyin olundu.