"Yeni Azərbaycan" İlham Əliyevi prezident seçkilərində namizəd olaraq təqdim etdi
Azərbaycanın iqtidar partiyası “Yeni Azərbaycan” prezident seçkilərində öz namizədi olaraq, İlham Əliyevi təqdim etdi.
Bir neçə gün bundan əvvəl İlham Əliyev aprelin 11-də növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəcam imzaladı.
Seçki qabağı kampaniyası Azərbaycanda martın 19-dan başlayacaq və aprelin 10-a qədər davam edəcək.
57 yaşlı İlham Əliyevin səlahiyyət müddəti oktyabrda başa çatır.
Ölkənin qüvvədə olan prezidenti dördüncü dəfə prezidentliyə namizədliyini təqdim edir.
Azərbaycan Konstitusiyasına daxil edilən dəyişikliklərə əsasən, prezident səlahiyyətinin müddəti 5-dən 7 ilə qədər artıb.