Yəmənli şiə “husilər” Səudiyyə Ərəbistanına hücum ediblər

14:03, 13.09.2026

Yəmənli şiə “husilər” Səudiyyə Ərəbistanına hücum ediblər. Yəmən mediasının məlumatına görə, silahlı qüvvələr xüsusi hərbi əməliyyat keçirib və bu əməliyyat zamanı Səudiyyə Ərəbistanının Şarura rayonundakı hərbi bazada yerləşən silah anbarları, həmçinin komandanlıq və idarəetmə mərkəzləri hədəf alınıb.

“Husilər”in bildirdiyinə görə, bu əməliyyat Səudiyyə Ərəbistanı tərəfindən ölkəyə qarşı həyata keçirilən daimi təcavüzə cavabdır.

“Səudiyyə Ərəbistanının cinayətkar düşmənini xəbərdar edirik ki, xalqımıza qarşı təcavüzün davam etdirilməsi onun öz ərazisinin dərinliklərində həyata keçirilən daha şiddətli və miqyaslı əməliyyatlarla nəticələnəcək, bunun fəsadları isə onun üçün məhvedici olacaq”, – “husilər”in ordusunun sözçüsü Yəhya Sari qeyd edib.

Oxşar