Yəmənli “husilər” ballistik raketlər və dronlarla Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən “Aramco” obyektini bombaladıqlarını bəyan edirlər
Yəmənli “husilər” ballistik raketlər və dronlarla Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən “Aramco” obyektini bombaladıqlarını bəyan edirlər. Onların bildirdiyinə görə, bu hücum Səudiyyə Ərəbistanının Səna şəhərinə və digər əyalətlərə etdiyi hücumlara cavab reaksiyası olub.
Bununla yanaşı, “Reuters” agentliyi hadisə şahidlərinə istinadən Səudiyyə Ərəbistanındakı “Aramco” obyektinin ətrafında yerləşən böyük tüstü və alov dumanının müşahidə olunduğunu bildirir. Səudiyyə Ərəbistanı hakimiyyəti isə baş vermiş hadisə ilə bağlı hələlik hər hansı bir şərh verməyib.
Bununla yanaşı, oktyabrın 3-də məlum olub ki, Yəmənin hökumət qüvvələri “husilər”lə toqquşmalardan sonra Yəməndə, Taiz şəhərinin cənub-şərqində yerləşən Səma qalası üzərində nəzarəti ələ keçiriblər.
Məlumat üçün bildirək ki, “husilər” ölkənin şimal-qərb hissəsinə nəzarət edən Yəmən qruplaşmasıdır. “Husilər” özlərini “Ənsar Allah” adlandırırlar və İranla sıx əlaqələrə malikdirlər. Qruplaşma son illərdə strateji Bab əl-Məndəb boğazında üzən gəmilərə tez-tez hücum edir. Ötən ay hərəkatın Yəmənin bütün Qırmızı dəniz sahili üzərində nəzarəti ələ keçirdiyi məlum olub.