Yəməndən İsrailin mərkəzi istiqamətində raket atılıb, insident nəticəsində xəsarət alan olmayıb
Yəməndən İsrailin mərkəzinə doğru raket atılıb. Müdafiə Qüvvələrinin məlumatına görə, raket yaşayış olmayan əraziyə düşüb. Raketin düşdüyü yerdə yanğın baş verib.
Raket hücumundan əvvəl Təl-Əvivdə və İsrailin mərkəzində hava hücumu xəbərdarlığı səslənib.
Eyni zamanda sosial şəbəkələrdə Təl-Əviv yaxınlığındakı Modiin şəhərində dəmiryol vağzalındakı eskalatorun zədələndiyini göstərən fotolar yayılıb.
Bundan əlavə, İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, Livandan Qolan təpələri və Qalileya istiqamətində 40-a qədər raket atılıb. Onların bəziləri hava hücumundan müdafiə vasitələri ilə məhv edilib, bəziləri isə açıq ərazilərə düşüb. Hücuma görə məsuliyyəti “Hizbullah” öz üzərinə götürüb. Qrupun məlumatına görə, onların hədəfi İsrail hərbi bazası olub. “Hizbullah” nümayəndələrinin dediyi kimi, bu hücum İsrailin Livana son hücumlarına cavab idi.