Yəmən hakimiyyəti bildirir ki, „husilər“ hərəkatı Yəmənin Qırmızı dəniz sahilinin tamamına nəzarəti ələ keçirib

22:19, 11.09.2026

“Husilər“ hərəkatı Yəmənin Qırmızı dəniz sahilinin tamamına nəzarəti ələ keçirib, – bu barədə AFP-yə Yəmən hökumətinin yüksək rütbəli rəsmi şəxsi bildirib.

Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinin nümayəndəsi agentliyə həmçinin deyib ki, „husi“ üsyançıları Bab əl-Məndəb boğazında daha iki adanı ələ keçiriblər.

Ona qədər isə məlum olub ki, Yəməndə fəaliyyət göstərən, İran tərəfindən dəstəklənən „husilər“ qruplaşması Bab əl-Məndəb boğazının yaxınlığında yerləşən liman şəhəri Dubabı ələ keçiriblər.

Bununla yanaşı, sentyabrın 8-də Yəmənli „husilər“ Səudiyyə Ərəbistanına hücum edib, nəticədə 73 nəfər xəsarət alıb. Bundan sonra Yəmənin beynəlxalq səviyyədə tanınmış hökuməti müttəfiqləri ilə birlikdə „Husilər“ qruplaşmasına qarşı əks-hücuma keçib.

Məlumat üçün bildirək ki, „husilər“ ölkənin şimal-qərb hissəsinə nəzarət edən Yəmən qruplaşmasıdır. „husilər“ özlərini „Ənsar Allah“ adlandırırlar və İranla sıx əlaqələrə malikdirlər. Qruplaşma son illərdə strateji Bab əl-Məndəb boğazında üzən gəmilərə tez-tez hücumlar edir.

Oxşar