Yelisey Sarayının məlumatına görə, Fransa və Rusiya prezidentləri Ukrayna üzrə üçtərəfli təmas qrupunun görüşünün keçirilməsi üçün yaxın saatlarda işləmək barədə razılaşdılar
Yelisey Sarayının məlumatına görə, Fransa və Rusiya prezidentləri Ukrayna üzrə üçtərəfli təmas qrupunun görüşünün keçirilməsi üçün yaxın saatlarda işləmək barədə razılaşdılar

Fransa və Rusiya prezidentləri Ukrayna üzrə üçtərəfli təmas qrupunun görüşünün keçirilməsi üçün yaxın saatlarda işləmək barədə razılaşdılar, hanının da məqsədi xəttdə atəşkəs rejiminin işə salınmasıdır, – bu barədə məlumatı Yelisey Sarayı yayır.

Fransa və Rusiya prezidentləri telefon söhbətini az öncə apardılar. Yelisey Sarayının məlumatına görə,liderlər Şərqi Ukraynada gərginləşən böhranın diplomatik həlli yollarını müzakirə etdilər, burada da Xarici İşlər Nazirlikləri və Normandiya formatlı siyasi müşavirlər iştirak edəcəklər.

Emmanuel Makron Vladimir Putinlə telefon danışığından sonra növbəti dəfə Ukrayna lideri ilə danışdı. Bu barədə Vladimir Zelenski sosial şəbəkədə yazır.

“Biz sülh prosesinin fəallaşdırılmasını və üçtərəfli təmas qrupunun dərhal çağırılmasını və atəşkəs rejiminin dərhal bərpasını dəstəkləyirik”,  – Zelenski yazır.