Yelisey Sarayında Salome Zurabişvili və Emmanuel Makron arasında görüş keçirilir

Gürcüstan prezidenti, Salome Zurabişvili Fransa prezidenti, Emmanuel Makron ilə görüşür. Üzbəüz görüş Yelisey Sarayında başladı.

Bundan sonra, iki ölkə prezidenti “Dimitri Amilaxvari adına fransız-gürcü dialoqu” əməkdaşlığı bəyannaməsinə izma atacaqlar.

Gürcüstan və Fransa prezidentləri görüşdən sonra, birgə bəyanatlar verəcəklər və jurnalistlərin suallarını cavablandıracaqlar.

Dünən Gürcüstan prezidenti “SciencesPo” İnstitutunda mühazirə oxudu. Ona Fransanın ikipalatalı parlamentinin yuxarı palatasının prezidenti, Jerar Larşe ev sahibliyi etdi. Günün ikinci yarısında həmçinin lider qadınlarla görüşü baş tutdu.

Elə dünən, günün sonunda Salome Zurabişviliyə Yelisey Sarayında Fransanın birinci xanımı, Bricit Makron ev sahibliyi etdi.