Yekunlaşdırıcı protokola əsasən, Marneuli majoritar dairəsində 51.19 faizlə Zaur Darğallı qalib gəldi
Marneuli 22 saylı Dairə Seçki Komissiyasında yekunlaşdırcı iclas keçirildi.
İclasın birinci hissəsi şikayətlərin müzakirəsinə, ikinci isə, yekunlaşdırıcı protokolun tərtib edilməsinə ayrıldı. Prokola “Milli Hərəkatın” və Avropa Gürcüstanının” nümayəndələri imza atmadılar.
Marneuli majoritar dairəsində 51.19 faizlə “Gürcü Arzusunun” namizədi, Zaur Darğallı qalib gəldi.
Dairə Seşki Komissiyasının iclası aksiya fonunda keçirilirdi. Aksiyada “Avropa Gürcüstanı”, “Lelo” və “Strategiya Ağmaşenebelinin” nümayəndələri iştirak edirdilər.