Yazda BBC-1 Gürcüstan haqqında çəkilən filmi göstərəcək
Yazda BBC-1 Gürcüstan haqqında çəkilən filmi göstərəcək

Gürcüstan səyahət jurnalı “Contemporary Class”-ın 2019-cu ilin ən yaxşı 19 turist ölkələri arasına düşdü.

Nəşriyyatın dəyərləndirməsinə görə, Gürcüstanı ziyarət etmək hər fəsldə maraqlıdır, ancaq 2019-cu il xüsüsi ilə yaxşı olacaq.

“Bu ilin yaz aylarında BBC-1 “Centlmen Cek” adlı dramayı təqdim edəcək, hansının əsas qəhramanı En Lister Potidə yaşayır və sonra Kutaisidə vəfat edir” – deyilir jurnalda.

Jurnalda həmçinin Tbilisidə yeni üzmə hovuzu və Bakurianidə yeni mehmanxananın açılışına diqqət yetirilib.

Məqalədə deyilir ki, Gürcüstana səyahət apreldə və oktyabrda planlaşdırılsa yaxşıdır, çünki o dövrdə Tbilisi Moda Həftəsi keçirilir.

Həmçinin deyilir ki, iyulda Caz Festivalına və Batumidəki avtomobil rallisinə getmək olar, hansı ki, Batumidə başlayır və Bakıda başa çatır.