Yayılan məlumata görə, İranda sabiq prezident Əhmədi Necad həbs edildi
İranda etiraz aksiyalarına dəstək verdiyi üçün sabiq prezident Mahmud Əhmədi Necad həbs edildi.
Bu barədə məlumatı Al-Quds Al-Arabi qəzeti yayır.
Qəzetin jurnalistləri anonim mənbəyə əsasən məlumat yayırlar ki, İranın sabiq prezidentini Ayatolla Xameyinin əmri ilə həbs ediblər.
Bunun səbəbi isə, Əhmədi Necad tərəfindən iqtidara-qarşı etiraz aksiyalarında verdiyi siyasi bəyanatlar oldu.
İran mətbuatının yaydığı məlumata görə, Əhmədi Necad Buşerdə keçirilən aksiyada nitqlədə çıxış edərək, İranın hazırki iqtidarına müraciət etdi.
Onun bəyanatına görə, ölkənin bəzi idarəçilərinin xalqın problemləri haqqında xəbəri yoxdur və xalq prezident Ruhaninin yürütdüyü siyasətdən narazıdırlar.
Sabiq prezidentin həbs edilməsi ilə bağlı rəsmi İran məlumat vermir.